Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib

 

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs edilib.

Yenixeber.org-un məlumatına görə, o, özünə müraciət edən iki nəfərin etibarından sui-istifadə etməklə 570 min manat ələ keçirib.

Mansurov zərərçəkmişlərdən birini məhkəmənin əleyhinə qəbul etdiyi qətnaməni ləğv etdirəcəyinə inandırıb. Bunun üçün səlahiyyətli şəxslərə bahalı hədiyyələr alacağı adı ilə ondan 170 min manat pul alıb.

Bundan başqa, eyni zərərçəkmişi və tanışını Sumqayıt şəhərində çoxmərtəbəli bina tikintisinin inşasına icazə alacağına inandırıb. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə almaq adı ilə zərərçəkmiş şəxsdən 400 min manat pul alıb.

Təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişlərin pulunu qaytarıb. Məhkəmədə ifadə verməkdən isə imtina edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam