Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan səfiri Əfqanıstanın Ətraf Mühit Agentliyinin rəhbəri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

 

Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin (MƏMMA) rəhbəri Mati-ül-Haq Xalis ilə Kabilin iqlim konfranslarında iştirakını və ikitərəfli əməkdaşlığın mümkün genişləndirilməsini müzakirə edib.

Yenixeber.org xəbər verir ki, bu barədə MƏMMA feysbukda məlumat yayıb.

Mayın 4-də Kabildə Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədovun Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Mati-ül-Haq Xalis ilə görüşü keçirilib.

Görüş zamanı Əfqanıstan tərəfi COP29 iqlim sammitinin uğurla keçirilməsinə və Əfqanıstanın bu mühüm qlobal forumda iştirakının təmin edilməsinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Tərəflər həmçinin iki ölkənin mədəni və regional əlaqələri, eləcə də iqlim dəyişikliklərinin ümumi coğrafi areala təsiri barədə fikir mübadiləsi aparıblar.

Agentlik rəhbəri ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanı Əfqanıstanın Braziliyada keçiriləcək COP30 sammitində fəal iştirakını dəstəkləməyə çağırıb. O, həmçinin elmi və texniki təcrübə mübadiləsinin qurulmasını, kadr potensialının artırılmasını və birgə ekoloji iş haqqında sazişlərin imzalanmasını təklif edib.

Azərbaycanın səfiri İlham Məmmədov öz növbəsində Əfqanıstanın qlobal iqlim proseslərinə daxil edilməsinin vacibliyini qeyd edib və onun iqlim dəyişikliyi qarşısında kövrəkliyini vurğulayıb. O, Əfqanıstanda son daşqınların dağıdıcı fəsadlarına diqqət çəkib və Azərbaycanın bərpa olunan enerji sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu və tədricən qalıq yanacaqlardan istifadədən imtina etdiyini əlavə edib.

Görüşün sonunda tərəflər iqlim dəyişiklikləri ilə mübarizəyə, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə, habelə regional və beynəlxalq ekoloji təşəbbüslərdə iştiraka sadiqliklərini təsdiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam