İsraildə meşə yanğınları nəticəsində 17 yanğınsöndürən xəsarət alıb
İsraildə güclü meşə yanğınları səbəbindən 17 yanğınsöndürən xəsarət alıb.
Yenixeber.org xəbər verir ki, bu barədə “Times of Israel” yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
"Hazırkı mərhələdə biz hələ də yanğını nəzarət altına ala bilməmişik. 150-dən çox yanğınsöndürmə briqadası hələ də yanğınların söndürülməsi üzərində işləyir", - xidmətin bəyanatında qeyd edilib.
Xatırladaq ki, daha əvvəl İsrailin Aşkelon, Beer-Şeva, Modiin və s. şəhərlərində hava şəraiti və yanğınlar səbəbindən Müstəqillik Günü ilə bağlı tədbirlərin ləğv edildiyi bildirilmişdi.