Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

 

Səudiyyə Ərəbistanı 29 aprel tarixindən etibarən həcc dövründə Məkkə və Mədinəyə səfərlər və xüsusi icazə olmadan səfər etmək cəhdləri ilə bağlı tədbirləri sərtləşdirir.

Yenixeber.org xəbər verir ki, Səudiyyə Ərəbistanı dövlət qurumlarının məlumatına əsasən, qadağa ziyarətin sonuna – iyunun 10-na qədər davam edəcək və yalnız həcc vizası ilə getmək mümkün olacaq.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan bütün növ ziyarət vizası sahibləri 20 min rial (5,3 min ABŞ dolları) cərimə ediləcək.

İcazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan və ziyarət vizası ilə bağlı müraciət edən hər kəsə 100 min riala (təxminən 26 min ABŞ dolları) qədər cərimə tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam