Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Gülbara Sultanova: QHT-lər müasir problemlərin həllinə töhfə verə bilərlər

 

Qeyri-hökumət təşkilatları aşağı həyat keyfiyyəti, iqlim dəyişikliyi, rəqəmsal bərabərsizlik və qeyri-ədalətli ticarət də daxil olmaqla bir çox müasir problemlərin həllinə töhfə verə bilərlər.

Yenixeber.org xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

G.Sultanova vurğulayıb ki, Bakıda QHT forumunun keçirilməsi gələcəkdə müsbət dəyişikliklər üçün yeni imkanlar açacaq.

Onun sözlərinə görə, Qazaxıstanda vətəndaş cəmiyyəti 2021-2030-cu illər üçün vətəndaş cəmiyyətinin inkişafı konsepsiyası sayəsində sürətlə inkişaf edir: "Bu gün ölkəmizdə 20 mindən çox QHT var. Vətəndaşların təxminən 40 %-i vətəndaş fəaliyyətinə cəlb olunub. Qazaxıstan QHT-ləri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda böyük kömək göstərirlər. Onlar məsləhətləşmələrdə və işçi qruplarda iştirak edirlər. Hökumət ictimai şuralar və vətəndaş forumları kimi dialoq platformaları yaradıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam