Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır. Əldə etdiyimiz məlumata görə yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.
Yenixeber.org: Məsələ ilə bağlı Hesablama Palatasına ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.
Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik. Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görməsi qeyd olunmuşdu.(ajans.az)