Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində YOXLAMA APARILIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır. Əldə etdiyimiz məlumata görə yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.

Yenixeber.org: Məsələ ilə bağlı Hesablama Palatasına ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik. Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görməsi qeyd olunmuşdu.(ajans.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam