Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"ATƏT strateji məsələlərdə Azərbaycana dəstək verməyə hazırdır"

ATƏT sülh prosesini dəstəkləyəcək

     Artıq müəyyən illər ərzində ATƏT yaşıl limanlar layihələri həyata keçirib.

Yenixeber.org: Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da bizim gündəliyimizin tərkib hissəsi ola bilər: “ATƏT-in baş katibi bu gün Bakı Ticarət Limanına da səfər edib, limanın genişlənməsi işləri ilə də tanış olub. Bu məsələlər 2022-ci ildə ATƏT-lə imzalanmış razılaşmaya əsaslanır. Ölkəmizdə nəhəng nəqliyyat infrastrukturunun yaradılması üçün nəhəng layihələr həyata keçirilir. Ölkə ərazisində həyata keçirilən bir sıra nəhəng layihələr barədə danışarkən Bakı Ticarət Limanı da böyük əhəmiyyətə malikdir. Bakı Ticarət Limanının fəaliyyəti enerji sərfiyyatının qənaətli işləməsi meyarlarına görə yaşıl limanlar konsepsiyasına uyğun gəlib. Bu da ATƏT çərçivəsində həyata keçirilən layihələrdən biridir. Bununla paralel olaraq Limanın özündə də yeni investisiyalar həyata keçirilir, Limanın yükgötürmə qabiliyyəti 25 milyon tona qədər artırılacaq”.

Feridun Sinirlioğlu qeyd edib ki, nəqliyyat və digər sahələrdə əməkdaşlıqlarımızı genişləndirmək üçün müzakirələr aparıblar: “ATƏT strateji məsələlərdə Azərbaycana dəstək verməyə hazırdır. Bugünkü yüksəksəviyyəli əməkdaşlığa görə təşəkkür edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam