Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”

 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib.

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 200 milyon əhalisi var. Onların ümumi ticari mənfəəti 1,5 trilyon ABŞ dollarıdır. Odur ki, onlar həm regionda, həm də dünyada çox böyük gücdür. Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı iqtisadi güc və siyasi qüdrətinin daha da böyüməsi, siyasi, sosial və iqtisadi birliyinin daha da artması üçün yaradılıb. Lakin təşkilata üzv ölkələrin bu böyük ticarət həcmi hazırda öz aramızda əks olunmur. Yəni Türk Dövlətləri Təşkilatının üzvlərinin bir-biri ilə olan ticarət dövriyyəsi aşağıdır. Odur ki, ticarət dövriyyəsini artırmaq bizim borcumuzdur. Biz öz aramızda ticarətin həcmini artırmaqla ölkələrimizin inkişafı və xalqlarımızın rifahının yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Biz Azərbaycanla Türkiyə, həmçinin digər türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı üçün əlimizdən gələni edirik”, - o vurğulayıb.

M.Yaman qeyd edib ki, bu gün Türk Ticarət Mərkəzində açılan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə böyük ümidlər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam