Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Partlayışda Baş Qərargahın generalının öldüyü TƏSDİQLƏNDİ

Rusiya İstintaq Komitəsi partlayışda Baş Qərargahın generalının öldüyünü təsdiqləyib   - YENİLƏNİB 1
Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə nazirliyinin general leytnantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.

Yenixeber.org: Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi təsvir edib.

Həmçinin komitədən bildirilib ki, avtomobildə elemetləri olan partlayıcı qurğu işə düşüb.

Qeyd edək ki, bu gün səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytnant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam