Bild: Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır
Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır.
Yenixeber.org xəbər verir ki, bu barədə “Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində deyilir.
“Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib.
Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd edib ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.
Ukraynalı diplomat Amerika Prezidenti tərəfindən səsləndirilmiş şərtlərin Kiyev üçün qəbuledilməz olduğunu vurğulayıb.
“Kağız üzərində yazılanlar və danışıqlarda bizə işarə edilənlər qəbuledilməzdir”, – o deyib