Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq

“E-bülleten” sistemi vasitəsilə qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova məlumat verib.

Onun sözlərinə görə, bu sistem vasitəsilə hər hansısa xəstəlik, hamiləlik və doğum səbəbindən əmək qabiliyyətini müvəqqəti itirən şəxslər elektron xəstəlik vərəqəsi ala biləcək:

“Bu sistemə keçid kağız kargüzarlığının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədi daşıyır. Bununla yanaşı əmək qabiliyyəti məhdud olan şəxslər də artıq əziyyətə düşməyəcək”

Mütəxəssis qeyd edib ki, hazırda xəstəlik vərəqəsi almaq üçün həkimin möhürü, baş həkimin imzası və s. lazımdırsa elektron xəstəlik vərəqəsinin tətbiqinə keçdikdən sonra proses həm sürətlənəcək, həm də asanlaşacaq:

“Xəstəlik vərəqəsi əldə etmək üçün artıq bir mobil tətbiq yetərli olacaq. Məlumatların hər biri sonda Dövlət Sosial Müdafiə Fondunun sisteminə düşəcək”.

S. Məhərrəmova onu da vurğulayıb ki, sistemdə texniki nasazlıq baş verdikdə 814 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq lazımdır.

Qeyd edək ki, mayın 1-dən “e-bülleten” sisteminə keçilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam