Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

KİV: Çin Yaponiyaya Trampın tarif siyasətinə qarşı birgə mübarizə aparmağı təklif edib

 

Çin hökuməti Yaponiyaya ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə qarşı əlaqələndirilmiş mübarizə tədbirləri görməyi təklif edib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, Çin Dövlət Şurasının sədri Li Tsyan Yaponiyanın Baş naziri Sigeru İsibaya belə bir təklifin yer aldığı məktub göndərib.

Görünür, Pekin Tokionu Trampın proteksionizminə qarşı mübarizədə ona qoşulmağa çağırıb. Lakin agentlik iddia edir ki, ABŞ-nin ən yaxın müttəfiqi olan Yaponiya bu təklifə ehtiyatla münasibət bildirməyi planlaşdırır.

Çin və Yaponiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar Trampın digər ölkələrlə ticarətdəki kəsiri aradan qaldırmaq üçün idxal rüsumlarının tətbiqi siyasətini elan etməsindən sonra atılır. Xüsusilə Çindən gələn mallara 145 % tarif tətbiq edilib, buna cavab olaraq Pekin ABŞ mallarına 125 % rüsum tətbiq edib.

ABŞ Yaponiya mallarına 24 % əlavə rüsum tətbiq etməyi planlaşdırır. Məqsəd amerikalı istehsalçıların Yaponiya bazarına girişini asanlaşdırılmasına nail olmaqdır. Hər iki ölkənin hökumətləri danışıqlara başlayıb və bu tariflərin tətbiqi ilə bağlı qərarın qüvvəyə minməsi təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam