Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

WSJ: Tramp onun siyasətinə qarşı çıxan hüquqşünaslara təzyiq göstərməyi Ədliyyə Nazirliyinə tapşırıb

 

ABŞ Prezidenti Donald Tramp ölkənin Ədliyyə Nazirliyinə onun administrasiyasının siyasətinə qarşı məhkəmələrdə işlər aparan hüquq firmalarına və vəkillərə təzyiq göstərmək göstərişi verib.

Yenixeber.org xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilib ki, Tramp ABŞ-nin ədliyyə naziri və baş prokuroru Pem Bondiyə məhkəmə vasitəsilə “əsassız, qeyri-məntiqli və mübahisəli məhkəmə prosesləri” aparan hüquqşünaslara qarşı məhdudiyyətlərə nail olmağı tapşırıb.

Nəşrə görə, Ədliyyə Nazirliyi artıq hökumət məhdudiyyətlərinə məruz qala biləcək on iki firmadan ibarət siyahı tərtib edib. Belə firmaların müştəriləri əvvəllər bağlanmış dövlət müqavilələrini itirə bilərlər.

Xatırladaq ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, Tramp administrasiyası işinin ilk iki ayında onun qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə üzləşib. Məhkəmədə mübahisələndirilməyə çalışılan Amerikan hökumətinin əsas fəaliyyət istiqamətləri arasında qanunsuz miqrasiya və müxtəliflik, bərabərlik və inklüzivlik proqramları (Diversity, Equality and Inclusion, DEI) ilə mübarizə, həmçinin ABŞ hökumətinin işinin səmərəliliyini artırmaq üzrə qurumun (DOGE) fəaliyyəti və dövlət qulluqçularının kütləvi ixtisarı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam