Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

MTN BAŞÇISI POSTUNA ŞOK NAMİZƏD

Eldar-Hasanov

 

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Bakıda görünən kimi diqqət mərkəzinə gəldi. Bu da səbəbsiz deyildi. MTN-lə bağlı ciddi proseslərin baş verdiyi vaxtda, Eldar Həsənovun Bakıya gəlişi diqqətdən kənarda qala bilməzdi. Digər tərəfdən, onun Bakıya gəlişinin mətbuatda “Bakıya çağrıldı” kimi təqdim edilməsi də diqqətləri ona yönəltdi. Həmçinin hakimiyyətdəki rəqiblərinin nəzarətində olan media orqanlarında onun əleyhinə olan xəbərlərin yer alması hakimiyyət daxilində hansısa proseslərin baş verdiyi barədə mülahizələrə səbəb oldu.

Xeberinfo.com":   “Azadlıq” qəzetinin yazdığına görə, rəqblərinin səfirə hücuma keçməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, ölkə başçısı İlham Əliyev Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda olduğu kimi “MTN işi”ndə güzəştsiz mövqe tutub. Ölkə başçısının “kredit qalmaqalı” ilə bağlı araşdırmaları DIN-ə tapşırması da güzəştsiz mövqenin təzahürü idi. Beynəlxalq Bankın keçmiş rəhbəri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. Əlbəttə ki, İlham Əliyev bu halda “kredit qalmaqalı”nı MTN-ə tapşırmaqla istədiyi nəticəni əldə edə bilməzdi.

“MTN işi” də Baş Prokurorluğa tapşırılıb. Lakin İlham Əliyev fərqindədir ki, Eldar Mahmudovun 2005-ci ildə keçirdiyi “Qara kəmər” əməliyyatından sonra DİN-lə yanaşı, Baş Prokurorluğa da zərbə dəydi. Daha doğrusu, baş prokuror Zakir Qaralov MTN rəhbərliyi yanında zəif duruma düşdü. Bu baxımdan, İlham Əliyev “MTN işi” daha ona lazım olan nəticələri əldə etmək üçün daha ciddi araşdırılması üçün Baş Prokurorluğun rəhbərliyində dəyişiklik edə biləcəyi gözləniləndir. Hakimiyyətdə də bu qənaəti bölüşənlər çoxdur. O cümlədən, Eldar Həsənovun əzəli rəqibləri Fikrət Məmmədov-Fuad Ələsgərov qruplaşması da bu mülahizəyə ciddi yanaşa bilərlər. Bu ərəfədə Eldar Həsənovun Bakıya gəlişi və yaxud çağırılması onlarda baş prokuror vəzifəsinə yenidən onun təyin edilməsi barədə şübhələri artıra bilər. Məlumat üçün deyək ki, Zakir Qaralov da Fikrət Məmmədov və Fuad Ələsgərovla eyni qruplaşmada təmsil olunur. Rəqiblərinin Eldar Həsənovun yenidən hakimiyyətdə böyük təsir imkanlarına malik olmasını istəməməsi başadüşüləndir. Onlar fərqindədir ki, Eldar Həsənov qisascıl adamdır, böyük gücə çevrilərsə köhnə ədavəti yenidən gündəmə gətirə bilər.

Xural.com isə Eldar Həsənovun Bakıya çağrılması ilə bağlı özəl məlumatlar əldə edib.Məlumata görə, sabiq baş prokurorun Bakıya gəlməsi xeyli müddətdir. O, bir aydan çoxdur ki, Bakıdadır və bu müddətdə hətta vaxt tapıb Cavid Qurbanovun seçki təbliğatında da iştirak edib. Məlumatlara görə, hətta Eldar Həsənov İsgəndər Həmidovla Cavid Qurbanovu barışdırmağa təşəbbüs göstərib və İsgəndər Həmidovdan Cavid Qurbanovun lehinə geri çəkilməsini, bu baş tutmasa da, heç olmasa, ona qarşı mülayim olmasını xahiş edib.

5768001-dxvfxMTN_4

Mənbə Eldar Həsənovun ikinci məşhur soyadın çağırışı ilə ölkəyə qayıtdığını deyir. Yəni bu dəfə onun üzərində ciddi oyunlar qurulduğu bildirilir. Eldar Həsənovun yaxınlarda Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin olunacağı da verilən məlumatlar arasındadır. Ancaq “Azadlıq” qəzetinin də vurğuladığı kimi, Eldar Həsənov kimsəyə bənzəməz və məhz bu baxımdan, onun Milli Təhlükəsizlik Nazirliyi kimi önəmli bir quruma təyinat alması, ölkədə çox kəllələrin getməsinə səbəb ola bilər. Adını çəkilməsini istəməyən ekspertlərdən birinin bu haqda maraqlı fikirlərini aldıq: “Eldar Həsənovun təkcə Milli Təhlükəsizlik Nazirliyini deyil, hər hansı bir postu ələ keçirməsi, eynilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması effekti verər. Eldar Həsənov xüsusilə indiki zamanda o qədər qüdrətli fiqurdur ki, onun gücünü heç kimlə bərabərləşdirmək olmaz. Hazırda Azərbaycanda hakimiyyət, elə müxalifət komandalarında da onun kimi odioz fiqura rast gəlmək mümkün deyil. Bütün klanlarda adamı, bütün regionlarda nüfuzu olan ikinci belə bir siyasət adamı hazırda ölkədə bircə Eldar Həsənovdur. O baxımdan, onun Milli Təhlükəsizlik naziri kimi önəmli bir posta təyin olunması, indidən hakimiyyətin bölüşdürülməsi anlamına gəlir ki, İlham Əliyev əsla və əsla buna getməz.”(Xural.com)

Eldar Həsənovun belə həssas dönəmlərdə Bakıda olmasına dair bir başqa versiya da var. İstiqlal.az saytının yazdığına görə, Eldar Həsənovun Bakıya qəfil gəlişi daha çox onun hazırda Vergilər Nazirliyində işləyən qardaşı Ələkbər Həsənovun fəaliyyəti ilə bağlıdır.

Bildirilir ki, bugünlərdə həbs edilən Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi general Vidadi Məmmədovun dindirilməsi zamanı prokurorluq orqanları Vergidən toplanan xəracların məbləği, bölüşdürülməsi və “qara kassa”dan hansı səbəblərlə gizlədilməsi ilə bağlı xeyli qiymətli informasiyalar əldə ediblər.

88

Bu informasiyalardan biri də prokurorluq orqanlarını xeyli sayda keçmiş vəzifəli şəxsi, o cümlədən sabiq rəhbərləri Eldar Həsənovu “ilişdirməyə” imkan verən səpkidə olub. Belə ki, general Vidadi Məmmədovun Vergilər Nazirliyində çox yaxın münasibətdə olduğu şəxslər siyahısında səfir Eldar Həsənovun Vergilər Nazirliyində mühüm post tutan qardaşı Ələkbər Həsənovun da adı çıxıb. Məlum olub ki, “Verginin yan keçdiyi obyektlər” siyahısında Ələkbər Həsənovun da himayəsində olan xeyli sayda restoran və ticarət obyektlər var. Hazırda həmin obyektlərin Eldar Həsənova, yoxsa başqa bir şəxsə aidliyinin olub-olmadığının dəqiqləşdirildiyi bildirilir.

Barəsində kompromat saxlamağı sevməyən Eldar Həsənovun da məhz ona qarşı Bakıda hansısa qüvvələrin bu faktlardan yararlana biləcəyi ehtimalının nəzərə alaraq təcili Bakıya gəldiyi və bu məsələni öz nəzarətində çözməyə çalışdığı bildirilir.

Onu da xatırlatmaq yerinə düşər ki, Eldar Həsənov Rusiya ilə yaxşı əlaqələri olan məmur-siyasətçilərdən biri hesab oluynur. Nəzərə alanda ki, MTN rəhbərliyində baş verən dəyişiklik və aparılan kütləvi həbslərdə isə Rusiyanın da rolu olduğu haqda danışılır, onda E.Həsənovun nazir postuna namizədliyi bir başqa məna kəsb etməyə başlayır…

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam