Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Komitə sədri Eldar Mahmudova mühüm bilgiləri ötürüb ?

Komitə sədri Eldar Mahmudova mühüm bilgiləri ötürübmüş...
MTN ətrafında baş verən olayların üzərindən zaman keçdikcə daha ilginc, şok doğuracaq məqamların üstü açılır. Düzdür, hələlik indiyə qədər qətl və ya buna bənzər hər hansı bir olaya rastlanmayıb. Əksinə, proses daha böyük arealı əhatə etməyə başlayıb. 

"Xeberinfo.com":   Məlumata görə, olayların əvvəlindən üzə çıxan kənar əlaqələr içində xeyli sayda adlar müəyyən olunmuşdu. Bu sırada Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adı öncüllər sırasında hallanırdı. Təbəii ki, bu da səbəbsiz deyildi. Ona görə ki, Həsənovla Eldar Mahmudov arasında həm biznes, həm də digər «işgüzar» münasibətlər olub. Məsələn, «Azinko-Holdinq» üzərindən şərikli olan tərəflər, yaxın qohumlarını da iş başına gətiriblər.

JAM.AZ-ın ilkin araşdırmaları zamanı məlum olub ki, Kərəm Həsənovun hal hazırda MTN-də iki vacib adamı çalışır və onların hər ikisi məhz komitə sədrinin sabiq nazirdən etdiyi xahişlərə əsasən mümkünləşib. Bir də ortada biznes ortaqlığı varsa, Eldar Mahmudov da hər hansı bir jest edə bilər. 

Qeyd edək ki, Kərəm Həsənovun MTN-də çalışan qohumlarından biri qardaşıdır. Şahin Həsənov hazırda nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisidir. Lakin maraqlıdır ki, bu adam heç bir xarici dil bilmir. Normativlərə görə, belə şöbələrdə çalışanlar ən azı iki dil bilməlidirlər.

İkinci qohumu isə qudasıdır ki, hazırda MTN-də Baş İdarə rəisinin müavini vəzifəsini daşıyır. JAM.AZ-a çatan bilgilərdə vurğulanır ki, Kərəm Həsənovun qudası uzunmüddət DYP sistemində çalışıb və kapitan rütbəsinə qədər yüksəlib. Qohumluq əlaqələri yarandıqdan sonra isə Eldar Mahmudov sayəsində vəzifə başına çəkilib. Yəni, DYP-dən MTN-ə yüksək vəzifəyə gətirilib. 

Son bilgilərə görə, Kərəm Həsənov MTN ətrafında baş verənlərdən çox ciddi şəkildə narahatdır. Yaxınlarının dediyinə görə, işin bir ucunun gəlib ona çıxacağından çox şübhəlidir. JAM.AZ-a verilən məlumatlarda isə şok iddialar var. Həmin iddialardan biri odur ki, Kərəm Həsənovla Eldar Mahmudov təkcə biznes sahəsində ortaq deyil, həmçinin sahibkarların başına oyun açılması prosesində də da yaxından iştirak edib. 

İddia edilir ki, MTN hər hansı bir sahibkarı həbs edib, pulunu qoparmaq istəyirmişsə, əvvəlcədən onun haqqında bütün məlumatları toplayırmış. Mənbənin sözlərinə görə, bu zaman təkcə əməliyyat məlumatlarından deyil, həmçinin ƏMDK-in imkanlarından yararlanıblar. Belə ki, əhalinin əmlaka dair məlumatlarının bazası MTN-də də olub. 

JAM.AZ-a danışan mənbə israrla bildirir ki, Kərəm Həsənovla Eldar Mahmudov arasında olan anlaşmaya əsasən saxlanılıb, pulu alınacaq adamın bütün əmlakının siyahısı çıxarılıb, haqqında əlavə bilgilər də daxil edilib, dosye şəklində komitə sədrinin MTN-dəki qudasına göndərilirmiş və o da lazımi adamlara çatdırırmış. 

Bu əsnada, maraqlı məqamlardan biri də odur ki, bu proses təkcə Kərəm Həsənovla yekunlaşmırmış. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqatı Departamentinin rəisi, general Vidadi Məmmədovun həbs olunması da elə bu məsələlərlə bağlı olub. Belə ki, o da Kərəm Həsənov kimi sahibkarlar haqqında bütün məlumatları dosye şəklində Eldar Mahmudov və ya onun yaxınlarına göndərirmiş. 

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam