Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

“Kredit qalmaqalı”na görə 7 yüksək vəzifəli məmur hədəfdə

 

Beynəlxalq Bankla bağlı «kredit qalmaqalı» barədə ilginc məlumatlar

"Xeberinfo.com":   Hakimiyyətdəki mənbənin redaksiyamıza verdiyi xəbərə görə, bu məmurlar Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdən iri məbləğli kreditlərin xahişini ediblər.

Bu fakt Beynəlxalq Bankla bağlı araşdırmalar başlanarkən bəlli olub. Bildirilir ki, Cahangir Hacıyev həmin məmurların və onların xahişini etdiyi şəxslərin siyahısını ölkə başçısı Ilham Əliyevə təqdim edib. Ölkə başçısı dərhal həmin məmurları yanına çağıraraq onlardan izahat tələb edib. Məmurlar isə götürülən kreditlərə qarant durduqları və tezliklə pulların geri qaytarılacağı barədə ölkə başçısına söz veriblər. Məlumatda deyilir ki, Ilham Əliyev həmin məmurlara pulların qaytarılması üçün konkret vaxt qoyub. Əgər deyilən müddətdə pullar geri qaytarılmazsa, bu məmurlar ən yaxşı halda vəzifələri ilə vidalaşaraq əmlaklarının bir hissəsindən imtina etməli olacaqlar.

Məlumatda bildirilir ki, Ilham Əliyevin həmin məmurlarla söhbətindən sonra Beynəlxalq Bankdan kredit götürən digər sahibkarların həbsi barədə qərar verilib.

Xatırladaq ki, “kredit qalmaqalı”na görə xeyli sayda sahibkar DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Kredit borcunu ödəyən sahibkarlar bir neçə gün sonra sərbəst buraxılıb. Bu sırada “Xəzər adaları” layihəsini həyata keçirən Hacı Ibrahim Nehrəmli, “Metanol” zavodunun sahibi Nizami Piriyev və digərlərini göstərmək olar. Borcunu ödəməyənlər barəsində isə həbs-qətimkan tədbiri seçilib. Qeyri-rəsmi məlumatlara görə, bu qalmaqalda ümumilikdə 6 milyard manatdan söhbət gedir. Bildirilir ki, Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılması da “kredit qalmaqalı” ilə bağlıdır.

Ekspertlər hesab edir ki, sahibkarlardan kreditlərin vaxtından əvvəl alınması böhranla bağlıdır. Məlumat üçün deyək ki, neftin ucuzlaşmasından sonra ölkədə ciddi iqtisadi böhran yaranıb. Böhran hakimiyyəti manatın kursunu sabit saxlamaq siyasətindən imtina etməyə məcbur edib. Əvvəlcə kurs sərbəst buraxılıb, daha sonra isə 34 faizlik devalvasiya qərarı verilib. Lakin bu da vəziyyəti düzəltməyib. Dünən Mərkəzi Bank məlumat yayıb ki, Azərbaycanda fəaliyyət göstərən bankların xarici borcu 33 faiz artaraq 6 milyard 629.1 milyona çatıb. Bundan başqa bəlli olub ki, manatın devalvasiyasından sonra dollarla verilən kreditlər 74 faizdən çox artıb. Həmçinin əhalinin sürətlə dollar topladığı barədə məlumatlar var. Ekspertlər hesab edir ki, bütün bunlar ölkənin iqtisadi kataklizmlərin astanasında olduğundan xəbər verir.

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam