Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Eldar Mahmudovun villalar şəhərciyi - Fotolar

 

Bir müddət öncə prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun daha bir dəbdəbəli villası aşkarlanıb. 

"Xeberinfo.com":  Məlumata görə, bir neçə gün öncəki fotoları yayımlanan villadan fərqli cəhəti isə bura silsilə nəhəng evlərin yerləşməsidir. Bu evlər Nardaranda, dənizə yaxın ərazidə yerləşir. Kənd sakinlərinin sözlərinə görə, sabiq nazir bu evinə tez-tez gəlmir.

Eldar Mahmudov bir neçə hektarı əhatə edən ərazidə digər qohumları üçün də villa tikdirib. Eyni həyətdə yerləşən bir neçə evlərdən yolun kənarında olan ən böyüyü isə keçmiş baş çekistin özünə məxsusdur. Bu bina xarici görünüşünə görə villanı yox, daha çox zavod binasını xatırladır. Bununla bağlı fikrimizə isə kənd sakini belə cavab verdi: “Sən onun içinə girsən, villanın nə demək olduğunu görərsən. Mən uzun müddət onun evində işləmişəm. Sonradan çıxartdılar”.



Kənd sakinləri dedilər ki, keçmiş nazirin öz villasında hazırda yalnız işçiləri, digər binalarda isə qohumları yaşayır. Biz orda olduğumuz vaxt Eldar Mahmudovun silsilə villaların darvazası önündə bir neçə maşın dayanmışdı. Onlardan biri isə hüquqi şəxslərə malik dövlət nömrə nişanlı idi. Mahmudovun villalar şəhərciyi təxminən 3 metr hündürlüyündə hasarla əhatələnib, divar boyu isə hər tərəfi “görə bilən” xüsusi kameralar quraşdırılıb.

Sakinlərin sözlərinə görə, Mahmudov bundan başqa da yolun digər hissəsində yenicə tikdirdiyi villası var. O villa bu kompleksdən ayrıdır. Hazırda Eldar Mahmudovun öz evinə Cəbi adlı mühafizəçisi nəzarət edir.









Qafqazinfo.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam