Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq nazir barədə yeni məlumatlar

veli-elesgerov1Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamlarını işə götürübmüş.

Xeberinfo.com:   Bu barədə məlumatı Naxçıvandakı mənbə verib.

Mənbənin sözlərinə görə, Vəli Ələsgərov Eldar Mahmudovun bibisi oğlu Mehman Hacıyevi və keçmiş nazirə yaxın bir neçə adamı Naxçıvan MTN-ə yığıbmış. “Mehman Hacıyev heç adını yaza bilmirdi. Amma Vəli Ələsgərov onu işə götürmüşdü. Amma həbs olunanda bildirirdi ki, Eldar Mahmudovla heç bir işbirliyi olmayıb”, – deyə mənbə bildirib.

Xatırladaq ki, dünənki sayımızda Vəli Ələsgərovun həbsinin və Naxçıvan rəhbərliyinin ona qarşı aqressiv münasibətinin səbəbləri barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Vəli Ələsgərovun həbsinə səbəb keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova göndərdiyi ismarıc olub. Vasif Talıbov Eldar Mahmudovun atası Əhməd Mahmudovun Naxçıvanda adını daşıyan məktəbin önündəki büstün götürülməsinə, daha sonra isə ümumiyyətlə məktəbin sökülməsinə göstəriş verdiyinə görə keçmiş milli təhlükəsizlik naziri qəzəblənib. Keçmiş nazir Vasif Talıbova ismarıc göndərərək onu hədələyib. Eldar Mahmudovun ismiarıcında Vasif Talıbovla bağlı ciddi kompramatlara eyham edilib. Həmçinin Vasif Talıbova bəlli olub ki, Eldar Mahmudov və dəstəsi tərəfindən hər addımı izlənilirmiş. Ali Məclis sədri isə bu məsələlərdə Vəli Ələsgərovdan şübhələnib.

Lakin Vəli Ələsgərov Vasif Talıbovu Eldar Mahmudovla işbirliyində olmadığına əmin etməyə çalışıb. “Lakin Vəli Ələsgərov Vasif Talıbovu inandıra bilməyib. Çünki Vəli Ələsgərov Eldar Mahmudov və dəstəsi tərəfindən izlənilməsi barədə Vasif Talıbovu nədən xəbərdar etmədiyi barədə suala qanedici cavab verə bilməyib”, – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, məhz bütün bunlara görə Vasif Talıbov Vəli Ələsgərovun işdən çıxarılması və həbsi ilə kifayətlənməyib. Onu işgəncələrə məruz qoyub.

Indi aydın olur ki, Vasif Talıbovun Vəli Ələsgərovdan şübhələnməsi əsassız deyilmiş. Hər halda Vəli Ələsgərovun Eldar Mahmudova yaxın adamları işə götürməsi onun keçmiş milli təhlükəsizlik naziri ilə yaxın münasibətlərinin olduğunu göstərir.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam