Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazir məmurları necə susdurub?

eldartKeçmiş nazir, nazir və nazir müavinlərini aldadaraq onların kabinetlərinə dinləmə qurğusu yerləşdirib

Xeberinfo.com:   Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məmurları necə susdurması barədə "Azadlıq"a ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldar Mahmudov əksər nazir və nazir müavinlərinin kabinetinə dinləmə qurğusu yerləşdirib.

Özü də bu proses onlardan xəbərsiz baş verməyib. Sadəcə Eldar Mahmudov məmurları aldadıb ki, quraşdıralan qurğu dinləmə və videoçəkilişlərə qarşıdır. Məmurlar da buna inanıblar. Beləliklə də, Eldar Mahmudov həmin qurğu vasitəsilə məmurların bütün danışıqlarını dinləyib və kifayət qədər material toplayıb. Bundan sonra isə onları şantaj edərək onları özündən asılı vəziyyətə salıb.

Bundan başqa məlumatlarda deyilir ki, Eldar Mahmudovun əlində Hacı Məmmədovdan qalma videokasetlər olub. Bu videolar Hacı Məmmədova məxsus “Qarabulaq” istirahət mərkəzində çəkilib. Iddia olunur ki, Hacı Məmmədov olayı ilə bağlı istintaqda “Qarabulaq”da olmuş məmurlar da dindirilib. Bu dindirmənin mahiyyəti həmin məmurlara barələrində kompromat olduğunu deməkdən ibarət olub. Məlumatlarda iddia olunur ki, bu sıraya onlarla məmur daxildir. Həmin məmurlar da işarəni dərhal anlayıblar və Eldar Mahmudovla işləməyə razılıq veriblər.

Yeri gəlmişkən, “Azadlıq” hələ ötən dəfə məlumat yaymışdı ki, Eldar Mahmudovun əlində olan 2800 vidonun bir hissəsi məhz “Qarabulaq”da çəkilənlərdir.

Qeyd edək ki, Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barəsində 2800 intim videonun olması ilə bağlı məlumatdan sonra keçmiş nazirin səhhətində ciddi problemlərin yarandığı, daha sonra isə onun ölməsi barədə xəbər yayılmışdı. Rəsmi qurumlar Eldar Mahmudovun ölüm xəbərini nə təsdiq, nə də təkzib etmişdi. Nəhayət, bu məsələyə keçmiş nazirin həyat yoldaşı Tahirə Mahmudova son qoydu. O, Eldar Mahmudovun səhhətində problem olduğunu təsdiqləsə də, ölüm xəbərinin həqiqətəuyğun olmadığını bildirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam