Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

6 saylı cəzaçəkmə müəssisəsinin rəisi məhkum dələduza havadarlıq edir? –MÜRACİƏT

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində “cəza çəkən” Xəlilov Ülvi İlham oğlu həbsdə ola-ola təkrar cinayətlər törətməkdə davam edir.

Yenixeber.org: Belə ki, Samir Qəhrəmanov adlı vətəndaş ondan redaksiyamıza inanılmaz faktlarla şikayət edib.

Nəzərə alsaq ki, dələduzluq əməli ictimaiyyətə açıq-aşkar təhdiddir, o zaman aid qurumlar, hüquq-mühafizə orqanları nə üçün buna göz yumurlar?

Bu halda qurumlar daha da aýıq-sayıq olmalı, baş verə biləcək hər hansı əməlin qarşısını vaxtında və qətiyyətlə almağa çalışmalıdır.

Çünki dələduzlar müxtəlif yollarla insanları aldadır, onların bir ömür boyu min bir əziyyətlə əldə etdikləri mülkiyyətlərini ələ keçirirlər. Xəlilov Ülvi də məhz belə “parazitlərdəndir”.

İşin maraqlı tərəfi isə odur ki, ona oxşar dələduzluq əməllərini həyata keçirməkdə müəssisənin rəisi Fariz Əliyev yaxından köməklik edir.

Qeyd edək ki, Samir Qəhrəmanov həmin şəxsin ona qarşı külli-miqdarda dələduzluq etdiyini bildirmişdir. Buna görə də həmin şəxsin vaxtından əvvəl azadlığa buraxılmasının məqsədə uyğun olmadığını vurğulamışdır.

Rəis isə öz növbəsində onun xahişini nəzərə alacağını bildirmişdir.

Amma boş vəd imiş…

Çünki indiki vəziyyət tam başqa söz deməyə əsas verir. Rəis nəinki məhkum Ülvi Xəlilovun çirkin əməllərinə mane olur, əksinə ona bəzi işlərində dəstək də olur.

İddiaya görə qanuna zidd əməlləri həyata keçirməsinə texniki şərait də yaradır.

Məsələn, dələduzu qanuna zidd müəssisə daxilində telefon işlətməsini sübut olaraq göstərmək olar.

Axı, bağlı qapı arxasında insanları telefon danışığı aparmadan necə inandırıb, aldatmaq olar?

Təbii ki, qanunsuz olaraq işlətdiyi telefonla bu mümkündür.

İnanırıq ki, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət bu barədə müvafiq qanuni, hüquqi ölçü götürəcəklər.

Mövzunu məsələ layiqli həllini tapanadək gündəmdə saxlayacağıq.(arazmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam