Şamaxıda ev külə döndü
Şamaxıda yaşayış evi tamamilə yanıb.
Yenixeber.org xəbər verir ki, yanğın hadisəsi Şamaxı rayon Şəhriyar qəsəbəsində 1958-ci il təvəllüdlü Kərimov İlham Adil oğluna məxsus yaşayış evində baş verib.Yanğın yerinə Şamaxı rayon YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 kv/m olan yaşayış evi icərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.Yanğının genişlənməsinin qarşısı alınıb və məhdudlaşdırılıb. Yanğın zamanı xəsarət alan olmayıb.