Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AS İnşaat” şirkətindən maaşımı ala bilmirəm….-ŞİKAYƏT

media-ass

Redaksiyamıza müraciət edən Anar İsmayılov, 30 ilə yaxındır ekskavator operatoru olduğunu və çalışdığı “AS İnşaat” şirkətindən maaşını ala bilmədyini deyib. Şikayətçi qeyd edib ki, ötən ilin noyabrın 7-dən Xocalı Asfalt Zavodunda operator kimi fəaliyyət göstərir, əsasən Tərtər və azad edilmiş ərazilərdə iş görür:

Yenixeber.org: “Əvvəl də maaşlar gecikdirilirdi, ancaq may ayından bəri maaşımı hələ də ala bilmirəm. Söz verirlər, amma hər dəfə bir bəhanə gətirirlər, deyirlər ki, pul yoxdur, olanda verəcəyik. Çox çətin vəziyyətdə qalmışam”.

Müraciətdə Anar İsmayılov bildirir ki, uzun illər təcrübəsi olan operator olaraq şirkət üçün əhəmiyyətli işlər görsə də, əmək haqqının verilməməsi onu ciddi maddi sıxıntıya salıb. O, həmçinin əlavə edir ki, artıq aylarla maaş almaması onun ailə və gündəlik xərclərini qarşılamasını qeyri-mümkün edib.

Musavat.com olaraq məsələ ilə bağlı “AS İnşaat” şirkətinin mövqeyini öyrənməyə çalışdıq, lakin çoxsaylı zənglərimiz cavabsız qaldı. Şirkət tərəfindən rəsmi açıqlama olmasa da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Ekspertlər bildirirlər ki, əmək qanunvericiliyinə görə işçilərin maaşlarının gecikdirilməsi ciddi məsuliyyət daşıyır. Hər bir işçi qanuni olaraq vaxtında və tam məbləğdə maaş almalı, gecikmə hallarına görə əlavə ödəniş tələb edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam