Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İkinci Tramp-Putin anlaşması da pozulacaq:ABŞ və Rusiya arasında tezliklə “soyuq savaş” başlayacaq

 Daha uzaqgedən planları olan ABŞ lideri Donald Tramp ən yaxın günlərdə Avropa dövlətlərinin kənarda saxlanılması şərti ilə Ukrayna və Rusiya prezidentlərinin də iştirak edəcəyi üçtərəfli görüş keçirtmək niyyətindədir... Ancaq Kremldə hesab edirlər ki, prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə yalnız Rusiyanın şərtləri qəbul olunduqdan sonra sülh sazişinin imzalanması üçün görüşə bilər və Alyaska prosesi iflasa uğrasa, Ağ Ev sahibinin bütün planları pozulacaq...

Yenixeber.org: Alyaska görüşündən sonra daha bir qəliz müzakirə masası artıq qaçılmaz xarakter daşıyır. Belə ki, əvvəlcə ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək. Bu görüşdən dərhal sonra isə Ağ Ev sahibi Avropanın bəzi nüfuzlu dövlətlərinin liderləri ilə müzakirələr aparacaq. Əsas mövzu isə Alyaska görüşündə prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampa təqdim etdiyi Rusiyanın sülh şərtləridir. Və Ağ Evdə hesab edirlər ki, məhz həmin şərtlərə yönəlik prinsipial reaksiyalar Ukrayna savaşının dayandırılması ilə bağlı prosesin inkişaf istiqamətlərini dəqiqləşdirə bilər.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin Ukrayna savaşını dayandırmaq üçün Ağ Ev sahibi Donald Tramp üzərindən Ukrayna və Avropa dövlətlərinə oldquca ağır şərtlər irəli sürüb. Qərb mətbuatında yer alan iddialara görə, prezident Vladimir Putin Krımın Rusiyanın ərazisi kimi tanınması, Ukrayna qoşunlarının Donbasın inzibati ərazisindən çıxarılması, Ukraynada rus dilinə rəsmi statusunun verilməsi və s. kimi çoxsaylı ağır tələblər irəli sürür. Və bunun əvəzində isə savaşın dayandırılacağını, Rusiya ordusunun  hazırda işğal etdiyi Ukrayna ərazilərindən daha irəliyə doğru hərəkət etməyəcəyinə təminat verir.

d811992bfde8a3e7b3f799207cc5c4ec.jpg (201 KB) 

Göründüyü kimi, prezident Vladimir Putin Rusiyanın üzləşdiyi qəliz situasiya səbəbindən Ukraynanı tamamilə işğal etmək planından müvəqqəti də olsa, geri çəkilmək məcburiyyətində qalıb. Ancaq Ukrayna və Avropa ölkələrinə elə şərtlər irəli sürür ki, əgər, onların qəbul olunması ilə sülh sazişi imzalanarsa, bu, Rusiyanın hərbi-siyasi qələbəsi demək olacaq. Ukrayna və NATO üzvü olan Avropa dövlətləri isə Rusiya qarşısında məğlubiyyəti qəbul etməklə, kapitulyasiya aktı imzalamış duruma düşəcəklər. Və bu baxımdan, yaxın günlərdə Ukrayna savaşı ətrafında daha qəliz situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil.

Maraqlıdır ki, prezident Vladimir Putin Alyaska görüşündə Rusiyanın ağır şərtlərini Ağ Ev sahibi Donald Trampa qəbul etdirməyə nail olub. İndi o, bu “estafeti” Ağ Ev sahibinə ötürmüş kimi görünür. Belə ki, bundan sonra Ağ Ev sahibi Donald Tramp həm Ukrayna prezident Volodimir Zelenskini, həm də Avropa dövlətlərinin liderlərini Rusiyanın “sülh şərtləri”nin qəbul edilməsinin vacibliyinə inandırmalıdır. Və Nobel Sülh Mükafatına can atan prezident Donald Trampın buna nail olub-olmayacağı hazırda müəmmalı xarakter daşıyır.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Rusiyanın Ukrayna Konstitusiyasına zidd olan heç bir şərtini qəbul etməyəcəyini vurğulayıb. Ukrayna lideri ölkəsinin ərazilərinin Rusiyaya güzəştə gedilməsinin mümkün olmadığını xüsusi olaraq, vurğulayıb. Onun fikrincə, əvvəlcə atəşkəs anlaşması əldə olunmalıdır və məhz bundan sonra beynəlxalq hüquq normaları çərçivəsində sülh sazişinin detalları müzakirə edilməlidir. Və Ukrayna lideri ABŞ-a yola düşməzdən öncə mövqeyinin dəyişməz olacğını da gizlətməyib.

1755422917_tramp-zelenski-qalmaqal.jpg (40 KB) 

Belə anlaşılır ki, Ağ Evdə keçiriləcək Tramp-Zelenski görüşündə anlaşma ehtimalı o qədər də inandırıcı deyil. Ona görə də, prezident Donald Trampın bundan öncə Ukrayna lideri Volodimir Zelenskiyə qarşı sınaqdan çıxarılmış metodu təkrar edə biləcəyi də qətiyyən inandırıcı deyil. Belə ki, ilk Tramp-Putin anlaşmasından sonra ABŞ prezidenti Ağ Evdə Ukrayna liderinə qarşı sərt təzyiqlər göstərməyə çalışmışdı. Ancaq prezident Volodimir Zelenskinin prinsipial mövqeyi Ukraynanın hüquqi cəhətdən ərazi itkilərdən yayınmasını təmin etmişdi. Və nəticədə proses uzandığından sonrakı mərhələdə isə Tramp-Putin anlaşması da pozulmuşdu, ABŞ-Rusiya qarşıdurması təhdid ritorikasına qədər inkişaf etmişdi.

Böyük ehtimalla bu dəfə də Ağ Evdə həmin ssenari təkrarlana bilər. Belə ki, Tramp administrasiyasının Ukrayna liderinə artıq indidən təzyiq göstərməyə çalışdığı müşahidə olunur. Tramp-Zelenski görüşü zamanı bu təzyiqlərin daha da sərtləşə biləcəyi qətiyyən istisna deyil. Ancaq prezident Donald Trampın bu dəfə Ukrayna liderinə təzyiqləri böyük ölçüdə boşa da çıxa bilər. Çünki bəzi nüfuzlu Avropa dövlətlərinin liderləri də prezident Volodimir Zelenski ilə eyni vaxtda Vaşinqtona üz tutublar. Və onlar prezident Volodimir Zelenskini dəstələyəcəklərini qətiyyən gizlətmirlər.

Göründüyü kimi, prezident Donald Trampın bu dəfə də Ukrayna liderinə təzyiqlərlə Rusiyanın şərtlərini qəbul etdirməsi o qədər də asan olmayacaq. Halbuki, Ağ Ev sahibinin daha uzaqgedən planları da mövcuddur. Belə ki, prezident Donald Tramp ən yaxın günlərdə Ukrayna və Rusiya prezidentlərinin də iştirakı ilə üçtərəfli görüş keçirtmək niyyətindədir. Və hətta ABŞ rəsmi dairələri Tramp-Zelenski-Putin üçtərəfli görüşü üçün uyğun yer axtarışına da başlayıb.

tramp_zelenski_putin.jpg (84 KB) 

Ancaq ilkin ehtimallar özünü doğruldarsa, üçtərəfli görüşün baş tutmasına elə bir ciddi ehtiyac qalmayacaq. Çünki əgər, Ukrayna lideri Rusiyanın şərtlərini qəbul etməszə, prezident Vladimir Putinin üçtərəfli görüşdən imtina edəcəyi qətiyyən şübhə doğurmur. Belə ki, Kremldə hesab edirlər ki, prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə yalnız sülh sazişini imzalamaq üçün görüşə bilər. Və bu baxımdan, prezident Donald Trampın Alyaskada başlatdığı prosesin iflasa uğrama ehtimalı indi daha inandırıcı görünür.

Əgər, bu variant reallığa çevrilərsə, onda ikinci Tramp-Putin anlaşmasının da pozula biləcəyi elə indidən şübhə doğurmur. Çünki Alyaska anlaşması ən qısa zamanda reallaşmazsa, Ukrayna savaşının uzanması da qaçılmaz olacaq. Nəticədə Ukrayna savaşı dərinləşdikcə, ikinci Tramp-Putin anlaşmasının pozulma ehtimalı da artmağa başlayacaq. Və bu baxımdan, Alyaskada əldə olunmuş ikinci Tramp-Putin anlaşmasının Ağ Evdə “dəfn” ediləcəyi, ABŞ-Rusiya qarşıdurmasının bərpa olunacağı, hətta tezliklə yeni “soyuq savaş”ın başlayacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam