Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Bakı və İrəvan arasında sülh bərqərar oldu -Bu faktı dərk etməliyik

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da imzalanan sənədlərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğuna əmindir.

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb.

Paşinyan öz müraciətində Vaşinqton razılaşmalarından sonra - 30 ildən sonra Ermənistanın bütün kommunikasiyalarının açıldığını qeyd edib: "Biz - Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sülh - nə müharibə şəraitində yaşamışıq.

8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır".

Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür?

"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", – deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam