MİT PKK -nın daha bir "rəhbər şəxs"ini zərərsizləşdirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Yenixeber.org "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında yaşayış məntəqəsində gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "Ayn El Arab üzrə məsul şəxs" Mutlu Kacar zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.