Zümrüd və Fatimə arasında GƏRGİNLİK: "Geri qaytaranda..."
Teleaparıcı Zümrüd Bədəlova və rəqqasə Fatimə Fətəliyeva arasında gərgin anlar yaşanıb.
Yenixeber.org xəbər verir ki, verilişin gedişatında məlum olub ki, Fatimə "İnstagram"da Zümrüdü izləmədən çıxarıb.
Bundan xəbər tutan Zümrüd özündən çıxıb: "Məni izləmədən niyə çıxarmısan? Bunu əvvəldən mənə deyərdiniz, suallarımı başqa cürə verərdim. Bir azdan izləmədən çıxardıqlarını geri qaytaranda, ay tövbə ona qarşılıq verəm..."
Fatimə isə əməlinə belə "don geyindirib": "Bir dəqiqə qulaq asın ee, əvvəllər bu instaqram yox idi. Qabaq biz bir-birimizi heç izləmirdik, necə yaxın idik".