Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İƏT-in Qətnaməsi qəbul edildi -Bakıda

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası işini davam etdirib.

Yenixeber.org: İclasın gündəliyi qəbul edilib və Nazirlər Sessiyasına hazırlıq iclasının hesabatı təqdim olunub. DOST Konsepsiyası və ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxlar nümayiş edilib. Üzv ölkələrin əmək nazirlərinin və nümayəndə heyətləri başçılarının çıxışları dinlənilib.

Konfrans iştirakçıları daha sonra tədbirin Qətnamə layihəsini nəzərdən keçirib və Qətnaməni qəbul ediblər.

Konfransda müzakirə mövzularının üzv ölkələr üçün aktual olduğu vurğulanıb. Burada aparılan müzakirələrin və təcrübə mübadilələrinin nümayəndə heyətləri üçün önəmli olduğu, həmin ölkələrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən islahatlar prosesi üçün əhəmiyyəti diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin müavini Dr. Ahmed Sengendo Azərbaycanın İƏT-lə fəal əməkdaşlığından və konfransa yüksək səviyyədə ev sahibliyi etməsindən razılığını, konfrans iştirakçılarına aparılan müzakirələrdə fəal iştirakına görə minnətdarlığını bildirib.

Sonra konfransın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dr. Ahmed Sengendo media üçün brifinq keçiriblər.

Onlar keçirilən bu beynəlxalq tədbirin yekunları barədə məlumat verib, konfransın üzv ölkələr, həmin ölkələrin gələcək əməkdaşlığı üçün uğurlu nəticələrinin olacağına əminlik ifadə ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam