ASAPES-in ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunub

Bu layihə universitetlərarası əməkdaşlıq və ali təhsil sahəsində milli şəbəkələşməni gücləndirmək məqsədi daşıdığından ASAPES də Bakı Biznes Universitetinin koordinatoru olduğu bu layihəyə assosiativ tərəfdaşlıq üçün müraciət edib. 21 noyabr 2023-cü il tarixində layihə tərəfdaşlarının səsverməsi əsasında Avropa Komissiyası tərəfindən Akademiyanın ECAR layihəsinə assosiativ tərəfdaşlığı təsdiq olunub.