Azərbaycan Gimnastika Federasiyasının (AGF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə birgə gimnastika idman növlərinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı çərçivəsində Akademiyanın “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Giurka Gantçevanın professor-müəllim heyəti ilə görüşü keçirilib.

Yenixeber.org: ASAPES-in konfrans zalında keçirilən tədbirdə AGF-nin əməkdaşları və yığma komandanın məşqçiləri iştirakçılara gimnastika növlərinin ölkəmizdəki inkişaf tarixi, yarışlar, hakimlik qaydaları və digər mövzular barədə ətraflı məlumat veriblər.