Nyu Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.
Yenixeber.org: Məlumata görə, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. İnsident Nyu-Yorka gedən “Mercedes Benz” markalı avtomobildə baş verib.
Həmçinin bildirilir ki, hadisə zamanı avtomobildə azı bir nəfər olub, o, partlayışdan əvvəl saxlanılıb.
Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib.
ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.(“ABC News”)