Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İndoneziyada törədilən partlayışlarda ölənlərin sayı 6 nəfərə çatıb, daha 35 nəfər yaralanıb- YENİLƏNİB-3

  İndoneziyanın Yava adasında törədilən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Yenixeber.org:Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 35 nəfər xəsarıt alıb.  


İndoneziyanın Surabaya şəhərində, Müqəddəs Məryəm kilsəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Məlumatda bildirilir ki, partlayışlardan birini terrorçu kamikadze törədib. Ölkənin qərb ərazisində də avtomobil partladılıb. Habelə məbədlərdən birində törədilən partlayışdan sonra bir neçə maşın və onlarla motosiklet yanıb. 

Partlayışların hansı qüvvələr tərəfindən törədildiyi hələ məlum 

İndoneziyanın Yava adasında törədilən partlayış nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb.

 Bu barədə yerli "Jakarta Globe" qəzeti Şərqi Yavanın polis nümayəndəsinə istinadən məlumat yayıb. 

Polis nümayəndəsinin sözlərinə görə, birinci partlayış Müqəddəs Məryəm kilsəsində törədilib. Kamikadzenin özünü partlatması nəticəsində bir zəvvar və terrorçu ölüb. Hadisə zamanı 2 polis əməkdaşı və daha 11 nəfər yaralanıb. 

O, qeyd edib ki, daha 2 kilsədə də partlayışlar törədilib. Lakin bu partlayışlarda xəsarət alanların olub-olmaması barədə məlumat yo

İndoneziyanın Surabaya şəhərində, Müqəddəs Məryəm kilsəsində partlayış törədilib.

 Bu barədə "Suara" radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə Yava adasında, yerli vaxtla saat 06:30-da baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar kilsənin ətrafındakı yollar bağlanıb.

Həmçinin qeyd edilir ki, şəhərdəki digər kilsədə də partlayış törədilib. İkinci hadisə zamanı xəsarət alanların sayı barədə məlumat verilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam