Ərdoğan: “Türkiyə lirəsinin dəyər itirdiyi dövr başa çatdı”
“Türk lirəsinin real ifadədə dəyər itirdiyi dövr başa çatdı”.
Yenixeber.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Qarşıdan gələn dövrdə həyata keçirdiyimiz sağlam siyasət və struktur islahatları ilə investorların etibarını qazanacağıq”, - deyə Erdoğan qeyd edib.