Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yataqxanada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 117 tələbə xəstəxanaya yerləşdirilidi

 

Süleyman Dəmirəl Universitetinin 117 tələbəsi zəhərlənib.

Yenixeber,org Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə universitetin Şərq Kampusunda yerləşən Kredit Yurdular Təşkilatına (KYK) bağlı Bədiüzzaman Səid Nursi Qız Yataqxanasında qeydə alınıb. Belə ki, yataqxanada qalan 117 tələbə ürək bulanması, qarın ağrısı və ishal kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Isparta valiliyi qızlar yurdunda qalan tələbələrin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət etməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, Isparta Gənclik və İdman İl Müdirliyinə bağlı Bədiüzzaman Səid Nursi Yataqxanasının A, B, C və D bloklarında qalan tələbələr ürəkbulanma, qarın ağrısı və ishal kimi şikayətlərlə Süleyman Dəmirəl Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına, Isparta Şəhər Araşdırma və Tətbiq Xəstəxanasına müraciət ediblər. Xəstəxana və Yunus Emre Dövlət Xəstəxanasına cəmi 117 müraciət edildiyi bildirilir.
Açıqlamada bildirilib ki, xəstəxanalara müraciət edən tələbələrin hamısı təcili yardım şöbələrində müalicə olunaraq evə buraxılıb və yataqxanalarına göndərilib.

Xəstəxanalara müraciət edən tələbələr bildiriblər ki, şikayətlərinə səhhətlərində yaranan problemlər səbəb olub.

Lazımlı müayinələrin aparılması üçün Kənd Təsərrüfatı və Meşə və İl Sağlamlıq Müdirliyinə müraciət olunub.

Məsələ ilə bağlı İsparta Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb.

İnzibati istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam