İsrail ordusu ilk dəfə bu mərmilərdən istifadəyə başladı
İsrail ordusu Qəzza zolağındakı hərbi obyektlərə zərbələr endirmək üçün yeni ikiyönlü "Stel Sting" minaatan mərmilərindən istifadəyə başlayıb.
Yenixeber.org: Bu barədə İsrail ordusu məlumat yayıb.
“Döyüşlərin son günlərində “Magellan” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ilk dəfə "Stel Sting" mərmisindən istifadə edərək, HƏMAS-ın İsrail ərazisinə buraxılan raket qurğularına zərbələr endiriblər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Stel Sting" minaatan mərmiləri əhalinin məskunlaşdığı ərazilərdə terrorçuların hədəflərini dəqiq vurmağa imkan verir, eyni zamanda zərbənin ölümcüllüyünü artırır və ətrafdakıların vurulma riskini azaldır.