Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Həmas təşkilatı belə maliyyələşir-Gizli şirkətlər, Tunel biznesi və s.

“Fələstinlilər ən kasıb ərəb xalqları içərisində yer alır. Lakin “azadlıq” hərəkatının liderləri dollar milyarderləridir”.

Yenixeber.org: Bu ifadələr İsrail tədqiqatçıları Mark Kotlyarovski və Aleksandr Maystrovoyun Həmas qruplaşmasının maliyyə mənbələri ilə bağlı araşdırmasında yer alır.

Tədqiqatçılar ABŞ, Avropa və digər inkişaf etmiş ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan Həmas İslami Müqavimət Hərəkatına müsəlman dünyasının müxtəlif yerlərindən milyonlarla dollar vəsait axdığına diqqət çəkir. Xeyriyyəçilik üçün nəzərdə tutulduğu qeyd olunan bu vəsaitin əhəmiyyətli bir hissəsi isə birbaşa mediada “dollar milyarderləri” olaraq adlandırılan Həmas liderlərinin cibinə gedir. Fələstin xalqı isə ərəb dünyasının ən kasıb xalqları sırasında yer alır.

       Həmasın gizli şirkətlər şəbəkəsi

İsrailli müəlliflər bu ilin may ayında “Reuters”-də yayımlanan bir məqaləyə istinad edərək Həmas liderlərinin xarici fəaliyyətlərini işıqlandırır. Reuters-in məlumatına görə, Həmas, Qəzza zolağına tam nəzarət etməklə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, Əlcəzair və Sudanda fəaliyyət göstərən 40 ticarət şirkətinə də nəzarəti əlində saxlayır. 

500 milyon dollar həcmində vəsaitin yer aldığı şirkətlərin əksəriyyəti daşınmaz əmlak və infrastruktur sahəsində fəaliyyət göstərir və böyük layihələrdə yer.

Buradan əldə olunan gəlir isə birbaşa Həmasın terror fəaliyyətlərini və hərbi fəaliyyətini icra etmək üçün silahların alınmasına xərclənir. Müəlliflərin fikrincə, bu şirkətlərin hamısının ilk baxışdan qanuni fəaliyyət göstərdiyi nəzərə çarpır. Onlar Avropanın qabaqcıl beynəlxalq şirkətləri və bankları ilə iş aparırlar, hətta vergi orqanlarına hesabat verirlər.

Lakin əslində bu şirkətlər yerləşdikləri ölkələrin hüquq sistemlərindəki boşluqlardan istifadə etməklə fəaliyyətlərini tənzimləyirlər. 

“Reuters”-də yayımlanan məqalədə Həmasın bu şirkətlərlə olan əlaqələrini gizlətmək üçün mümkün olan hər şeyi etdiyi qeyd olunur. Araşdırma nəticəsində Həmas qruplaşmasının 9 liderinin 18-dən çox şirkətin idarəetməsində təmsil olunduğu müəyyən olunub. Hətta onlardan biri 13 fərqli şirkətdə əsas vəzifə tutur.
         Azadlıq döyüşçüləri: lüks otellər, fitness avadanlıqları və restoranlar

Məqalədə Fələstindəki əhalinin sosial vəziyyəti ilə bağlı statistikaya yer verən tədqiqatçılar, İordan çayının qərb sahili və Qəzzada məskunlaşan fələstinlilərin  53% -nin acınacaqlı vəziyyətdə yaşadığını qeyd edir. Lakin Fələstin elitası nəinki yoxsulluq içərisində yaşamır, hətta lüks həyata sürür. Misirin Əl-Əzhər Universitetindən professor Əhməd Kərimənin iddialarına görə, Həmas hərəkatının sıralarında 1200 dollar milyoneri yer alır. “Asharq al Awsat” qəzeti isə bu rəqəmi şişirdilmiş hesab edir və  Qəzzada təxminən 600 milyonçunun olduğunu yazır.

Hələ 2010-cu ildə Misirin “Rose əl-Yusuf” jurnalı Həmas lideri İsmayıl Haniyanın Qəzzə şəhərinin sahil bölgəsi olan Rimalda 2500 kvadrat metrlik bir torpaq sahəsi üçün 4 milyon dollar ödədiyini yazırdı.

Haniyan 2014-cü ildə cəmi 4 milyon dollara sahib idi, bu gün isə onun sərvəti artıq 3-4 milyard dollar həcmindədir.

Lakin Haniyan Fələstinin azad edilməsi üçün mübarizə apardığını iddia edən hərəkatın rəhbərliyindəki yeganə milyarder deyil. Haifa Universitetinin İsrail-Fələstin münaqişəsi üzrə mütəxəssisi Dr.Moşe Eladın dediklərinə görə, Həmas Siyasi Bürosunun rəhbəri Xalid Maşal 2014-cü ildə dəyəri 2,6 milyard dollar olan hissələrin sahibi idi. Hazırda isə onun sərvəti 5 milyard dollara çatıb. "Ərəb mətbuatı Maşalın Misir və Körfəz banklarına, habelə müxtəlif daşınmaz əmlak layihələrinə milyardlarla dollar sərmayə qoyduğunu iddia edir", deyə Moshe Elad qeyd edir.

Hərəkatın rəhbərlərindən bir digəri Musa Əbu Marzukun sərvəti isə 3 milyard dollardır. 

Fələstinli milyarderlərin vəsaitlərinin çoxu qohumları və dostları adına qeydiyyatdadır. İsmayıl Haniyanın Qəzzadakı sərmayəsi böyük əksəriyyəti kürəkəni Nabil və digər qohumları adına qeydiyyadadır. Onlardan bəziləri yanacaqdoldurma məntəqələri və telefon satışı sahələrini idarə edir. 

Bir müddət əvvəl ABŞ-da və İngiltərədə nəşr olunan “Arab Weekly” Qətərdə dincələn İsmayıl Haniyənin videosunu paylaşıb.

Başqa bir videoda isə Xalid Məşəlin idman zalında və müxtəlif yeməklərin olduğu bir restoranda şəkil çəkdirdiyi görünür. Bütün bunlar isə İsrailin atəşə tutulduğu və Qəzzanın bombardman edildiyi dövrdə baş verir, deyə müəlliflər qeyd edir.

                  Fələstin elitası necə yaşayır?

“British The Sun” 2018-ci ilin iyun ayında verdiyi məlumatda Fələstin prezidenti Mahmud Abbasın sərvətinin 100 milyon dollar olduğunu qeyd edir. Lakin müəlliflərin fikrincə, bu rəqəm Mahmud Abbasın sərvətinin real ölçüsü deyil və ona aid olan vəsaitlərin əksər hissəsi qohumlarına, xüsusən də oğullarına adındadır. 

Tədqiqatçıların fikrincə, Fələstin liderlər beynəlxalq forumlarda öz xalqlarının əzablarından danışmağı sevirlər, lakin sərvətlərini xalqla bölüşməkdən çəkinirlər. “Əl-Cəzirə” telekanlı Rəmallahdakı Fələstinli nazirlərin aylıq maaşlarının 2017-ci ildə 3000 dollardan 5000 dollara (yəni 67%) artırıldığını yazırdı. Təəccüblüsü isə, bir qədər əvvəl, 2017-ci ilin mart ayında isə Fələstin rəhbərliyi dövlət büdcəsində kəskin vəsait çatışmazlığı səbəbiylə bütün işçilərinin maaşlarını yarıya endirdiyini açıqlaması oldu. Adi fələstinlilər və onların rəhbərlərinin həyat səviyyəsi arasındakı fərq o həddə çatıb ki, BMT-nin Yaxın Şərq üzrə xüsusi elçisi Nikolay Mladenov bu vəziyyəti "məntiqə zidd" olaraq adlandırıb.

                   Tunel biznesi

Qəzzadakı mənbələrin məlumatına görə, İsmayıl Haniya, digər Həmas liderləri kimi, öz sərvətini tunel biznesi ilə əldə edib. Belə ki, Həmas lideri Misir sərhədindəki tunellər vasitəsilə Qəzzaya daxil olan bütün mallara 25 % vergi tətbiq edir.
 

Tikinti materialları, avtomobillər, ərzaq, ətirlər, zərgərlik və hətta öz villalarında saxladıqları vəhşi heyvanlar bu tunellər vasitəsilə Qəzzayə gətirilir.


2021 -ci ilin may ayında “Forbes” jurnalında nəşr olunan hesabata görə, Hamas siqaretlərə 50%-ə qədər gömrük rüsumu tətbiq edir və bu hərəkatın ən çox qazandığı sahədir.

“Forbes”-in məlumatında Həmasın ən çox gəlir ötürdüyü sahənin məhz vergilər olduğu qeyd olunur. İdxalçılardan orta hesabla hər elektron cihaz üçün təxminən 15 dollar, hər ton meyvə-tərəvəz üçün 25 dollar, oyuncaq idxalı üçün isə 80 dollara qədər vergi tutulur. Qəzzada əsas magistral yol hesab olunan Salah Əl-Din küçəsindən keçən hər yük maşını təxminən 30 dollar vergi ödəməlidir. İsraildən gətirilən mebellərdən 200 dollardan çox vergi tutulur və Qəzza torpaq idarəsi isə hər daşınmaz əmlak əməliyyatından 17% alış vergisi alır.

Eyni proses əksəriyyəti Qətərdən olmaqla 300 milyon dollar həcmindəki xarici yardımlar üçün də keçərlidir.

Həmas xarici valyutanı İsrail şekelinə çevirən şirkətlərdən də vergi toplayır və bu qrpulaşmaya on milyonlarla dollar gəlir gətirir. Həmas eyni zamanda daşınmaz əmlak, sığorta, bank və otel sahələri də daxil olmaqla bir çox sahədə yüzlərlə müəssisəni idarə edir. Kafe, restoran və otellərin illik vergi həcmi 1000 dollardır.

Müəlliflər vergitutmalardan əldə olunan gəlirlərin 20%-i hakim elitanın cibinə getdiyini qeyd edir. Təhlükəli tunellər isə cüzü pul qarşılığında çalışan və yaşamaq üçün hər gün mübarizə aparan gənc Fələstinlilər tərəfindən tikilir.
                  Fələstinlilər daha zəngin yaşaya bilər

Tədqiqatçıların fikrincə, oxşar proseslər Qəzzaya göndərilən beynəlxalq yardımlarda da baş verir. Həmas rəhbərliyi yardımların böyük bir hissəsini mənimsəyir. Lakin bu siyasət Həmas liderləri üçün son dərəcə faydalıdır. Fələstinlilər nə qədər kasıb olsalar və əziyyət çəksələr, Həmas liderləri İsraili günahlandırır, dünyanı yardıma səsləyir və bu yardımları alaraq daha da varlanırlar.

Onların fikrincə, bu güc, nəzarət və şəxsi sərvəti artırmaq üçün qurulmuş sxemdir, deyə müəlliflər bildirir.

Dünya Bankının hesabatına görə, Qəzza zolağı yoxsulluq səviyyəsinə görə Ərəb ölkələrində yalnız Sudan və Yəməndən sonra üçüncü yerdədir.


Ancaq müəlliflər bunun reallığın cüzi bir hissəsi olduğunu düşünür. BMT-nin 2017-ci ildə təqdim etdiyi rəqəmlər ziddiyyətli və hətta paradoksal görünür. Belə ki, Fələstində adambaşına düşən gəlir 2946 dollardır. Bu da nəinki Cənubi Sudan (453 dollar) və Yəməndən (990 dollar), hətta Misirdən (2000 dollar) belə çoxdur. Əgər ölkənin ÜDM-i nisbətən yüksəkdirsə, lakin sadə insanlar yoxsulluq içərisində yaşayırsa, bu, gəlirlərin qeyri-bərabər paylanmasına işarədir. 

Tədqqiatçıların fikrincə, Fələstində bir çox insan Həmas liderlərinin sərvətindən xəbərdardır, lakin repressiyalar insanları qorxudur və onları faktiki olaraq girovlara çevirir.

                     "Yardım" pulları hara gedir?

Müəlliflərin araşdırmaları göstərir ki, Həmas liderləri hətta Fələstinlilərə kömək etmək üçün təşkil olunan müxtəlif humanitar layihələrdən də qazanc əldə edirlər. Bu yaxınlarda Fələstin Təşkilatının Malayziyadakı səfiri Vəlid Əbu Əlinin sözlərindən sonra baş verən qalmaqal bunun bariz nümunəsidir. 
 

İsrailin “Haaretz” qəzetinin yazdığına görə, Kuala Lumpurda jurnalistlərə məlumat verən Fələstinli səfir Malayziyadakı müsəlman xeyriyyə təşkilatlarının Qüdsdəki Əl-Əqsa Məscidinə bağışladıqları yardımların heç vaxt təyinatı üzrə xərclənmədiyini qeyd edib.


Səfir ona yönləndirilən suala cavabında bu yardımların kimə getdiyi barədə heç kəsin məlumatlı olmadığını bildirib.

Daha sonra səfir Əl-Əqsa məscidinə çatmalı olan vəsaitin Həmasın əlinə keçdiyinə işarə edib. Səfir ayrılan vəsaitin 40%-ə qədərinin Əl-Əqsa məscidinə çatmadığını bildirib. 

Bu açıqlamadan iki həftə əvvəl, Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Haniya Malayziyanın baş naziri Mahathir Məhəmmədlə görüşmək üçün Malayziyaya səfər edib və görünür “Fəth”, bu səfərin arxasında hansısa gizli işlərin olduğunu hiss edib, deyə tədqiqatçılar qeyd edir.

Lakin səfirin açıqlaması böyük qalmaqala səbəb olub. Məlum olub ki, Malayziya Fələstin Mədəniyyət Təşkilatı (PCOM) Həmasın logistika qolu olaraq fəaliyyət göstərir və yardımları Fələstinə çatdırmaq işini öz öhdəsinə götürüb. Yardım vəsaitləri ilə alınan mallar İstanbuldan “Tikkno Plus” şirkətinə məxsus konteynerlər vasitəsilə dəniz yolu ilə Aşdod limanına çatdırılır və oradan yük təyinat yerinə göndərilir. Yükləri daşıan və təhvil alan hər iki şirkət də Həmas fəallarına məxsusdur.

Müəlliflərin fikrincə, ilk baxışdan adi ticarət sövdələşməsi kimi görünən bu proses Həmasın cinayətkar və terror dünyasının əlifbasıdır.

Hamas illərdir uşaq bezləri və ya məktəb çantalarını xaricdən alıb konteynerlərdə İsrail limanlarına göndərir. Mallar Qəzzada və İordan çayının qərb sahilində satılır. Əldə olunan vəsait isə Qəzzada yoxa çıxır və müxtəlif tacir qrupları qaçaqmalçılıq və çirkli pulların yuyulması yolu ilə külli miqdarda var-dövlət qazanır.

Tədqiqatçılar Qəzzada Həmas bankalrının filiallarının açılmasını da bu korrupsiya prosesinin tərkib hissəsi olduğunu qeyd edirlər. Əldə olunan vəsait isə xarici yardımlar kimi birbaşa Həmas liderlərinin cibinə gedir.

                          Raket zərbələri

“Haaretz” qəzeti Həmasın son illərdəki hərbi aktivliyinin və terror cəhdlərinin arxasında da maliyyə məsələsinin durduğunu düşünür. Çünki son illərdə İslam ölkələrindən Fələsətinə edilən yardımların həcmi azalıb. Yenidən böyük yardımlar almaq üçün Həmasa belə bir toqquşmaya ehtiyacı var idi və bu səbəblə də israilə raket zərbələri endirməyə qərar verdi.

İsrail kəşfiyyatının məlumatlarına görə, Həmas məhz pul axını hesabına yaşayır, lakin İsrailin Həmasın maliyyələşdirilməsinin qarşısını almaq üçün bir strategiyası yoxdur və bu da təşkilatın güclənməsinin əsas səbəblərindən biridir, deyə tədqiqatçılar qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam