Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Qələbə üçün hər şeyi edəcəyik -NETANYAHU

 

İsrailin baş naziri Benyamin Netanyahu cəbhə xəttinə səfər edib.

Yenixeber.org: “The Times of Israel”ə istinadən xəbər verir ki, o, Qəzza zolağı ilə sərhəddə elit Qolani piyada briqadasının əsgərləri ilə görüşüb.

Netanyahu İsrailin düşmənlərinə güclü zərbə vuracağını deyib: “Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bütün İsrail sizi dəstəkləyir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbə vurmağa hazırlaşırıq”.

Netanyahunun səfərindən sonra IDF ölkənin şimalındakı Kiryat Şmona şəhərinin sakinlərinin təxliyə edildiyini açıqlayıb. İsrail ordusunun sözçüsü Riçard Hext bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatına başlamaq əmri qısa zamanda veriləcək.

"Bloomberg" mənbələrinin məlumatına görə, İsrailin Qəzzada quru əməliyyatı planına ABŞ-ın təsiri olub.

Qeyd edək ki, İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. İsrail 1.4 min, Fələstin isə qurbanların sayını 3.7 min olaraq təxmin edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam