Sunak İsraili buna görə dəstəkləyir -SƏBƏBLƏR
Biz İsraili beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunmaq, HƏMAS-ı təqib etmək, girovları geri qaytarmaq, gələcək müdaxilələrin qarşısını almaq və uzun müddət təhlükəsizliyinizi gücləndirmək üçün dəstəkləyirik.
Yenixeber.org: Bunu İsraildə səfərdə olan Britaniya Baş naziri Rişi Sunak deyib.
“Bilirəm ki, HƏMAS terrorçularından fərqli olaraq mülki insanlara zərər verməmək üçün hər cür tədbir görürsünüz. Biz Fələstin xalqının da HƏMAS-ın qurbanı olduğunu qəbul edirik. Dostunuz olaraq İsrailin ən qaranlıq anında sizinlə birlikdə olmaqdan qürur duyuram. Sizinlə həmrəy olacağıq, xalqınızı dəstəkləyəcəyik və sizin qalib gəlməyinizi istəyirik”, - Sunak bildirib.