Ankaradakı terroru törədənlər -FOTO
Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada qurumun binası yaxınlığında terror aktı törədən ikinci şəxsin də kimliyini müəyyən edib.
Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, sözügedən şəxs PKK terror təşkilatının üzvü Özkan Şahindir.
Nazirlik, həmçinin aparılan araşdırmanın və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 1-i Türkiyə DİN-in Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.