Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakı separatçıların özlərini buraxmasını niyə təmin etdi?

Azərbaycanın erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesində separatçı rejimin özünü buraxmağa məcbur edilməsinin perspektiv hədəfi də var.

Yenixeber.org: Bu proses başqa ssenari üzrə də cərəyan edə bilərdi: separatçıların özünü buraxan “rəhbərliyi” bölgədən qovula, yaxud qandallanıb Bakıya gətirilə bilərdi. Ki, bundan sonra onların qanun qarşısına çıxarılması, amnistiyaya düşüb-düşməyəcəkləri rəsmi Bakının siyasi iradəsindən asılı olacaq. Və yaxud Rusiya separatçıları özlərini buraxmamış bölgədən çıxara bilərdi.

Bu halda Bakının Xankəndi hədəfi – suverenliyimizin tam bərpası, o ərazilərdə mərkəzi hakimiyyətin qurulması hədəfi dəyişməyəcəkdi və nail olunacaqdı. Lakin separatçı rejim özünü buraxmayacağı təqdirdə ermənilər Ermənistanda qondarma “artsax”ın “mühacir hökuməti”ni yarada və ərazi iddialarını davam etdirə, beynəlxalq səviyyədə dəstək qazana bilərdilər. Bu məsələdə Ermənistan da maraqlıdır, Rusiya da, o cümlədən, bölgədə maraqları olan digər qüvvələr də.

Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət düşən kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina etdi – etdirildi.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam