Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bayden Berdiməhəmmədovla tərəfdaşlığa ümid edir...

Bayden Berdiməhəmmədova məktub göndərdi 

ABŞ prezidenti Co Bayden Türkmənistanın Müstəqillik Günü (27 sentyabr) münasibətilə həmkarı Serdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

Yenixeber.org: Məktubda Bayden Türkmənistanla tərəfdaşlığı genişləndirməyə, dərinləşdirməyə və gücləndirməyə ümid etdiyini bildirib.

“Gələn ildə mən tərəfdaşlığımızı daha da inkişaf etdirməyə və genişləndirməyə ümid edirəm”, - məktubda deyilir.

Co Bayden təbrikində iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd edib. Onun sözlərinə görə, Vaşinqton və Aşqabad terrorizmlə mübarizə də daxil olmaqla, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verir. Amerika prezidenti qeyd edib ki, iki dövlət “iqlim böhranını aradan qaldırmaq və metan emissiyalarını azaltmaq üçün birgə işləyir”.

Qeyd edək ki, Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədov Mərkəzi Asiya ölkəsinin liderlərinin Baydenlə ilk görüşündə iştirak edib. Qeyri-rəsmi sammit Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilib. Görüşdə Berdiməhəmmədovla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon və Şavkat Mirziyoyev iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam