Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

30-dan çox ölkə 84 min ukraynalı hərbçiyə təlim keçib

Almaniya 5 min ukraynalı hərbçiyə təlim keçəcək » Avrasiya.Net

Rusiyanın təcavüzü başlayandan bəri Ukraynanın 84 minə yaxın hərbçisi 30-dan çox ölkədə təlim keçib.

Yenixeber.org: “Foreign Policy” jurnalı bu barədə Pentaqonun nümayəndəsinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, təkcə ABŞ-da “Strykers” zirehli transportyorlarını, piyadaların “Bradley” döyüş maşınlarını və digər texnikanı idarə etməyi bacaran 15 tabor formalaşdırılıb.

Qeyd edək ki, ABŞ yaxın zamanlarda Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcək. Bu tankların idarə olunması üzrə təlimlər Birləşmiş Ştatların Almaniyadakı “Grafenwöhr” bazasında keçirilir. Bundan başqa, Kiyev Danimarkadan “Leopard” və T-72 tankları da alacaq. Lakin payız yağışları Vaşinqtonun Ukraynaya tədarük etdiyi “Abrams” tanklarının və digər texnikalıların hərəkətini çətinləşdirə bilər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam