Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan ABŞ-a gedəcək

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək.

Yenixeber.org: Səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.

Məlumata görə, Türkiyə Prezidenti Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir.

Bundan əlavə, Türkiyə Prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.("Star")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam