Ermənistanın iki əsgəri öldü
Ermənistan Ordusunun “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları Artyom Haykazyan və Armen Xaçatryan odlu silahdan açılmış atəş nəticəsində ölümcül xəsarət alıblar.
Yenixeber.org: Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 27-də baş verib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.