“Timsah” yenə də prezident seçildi -FOTO
Zimbabvenin indiki prezidenti və Zimbabve Afrika Milli ittifaqı – Vətənpərvər Cəbhədən namizədliyini irəli sürmüş “Timsah” ləqəbli Emmerson Mnanqva avqustun 23-də keçirilmiş prezident seçkilərində qalib gəlib.
Yenixeber.org: Məlumata görə, Mnanqva səslərin 52.6 faizini alıb. Onun rəqibi, Dəyişiklik Uğrunda Vətəndaş Koalisiyası Partiyasının sədri Nelson Çamisa isə 44 faiz səs toplayıb.
Seçici fəallığı 70 faiz təşkil edib.(“Herald”)