Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü -VİDEO
Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində növbəti dəfə təxribata cəhd edib.
Yenixeber.org: Azərbaycan sərhədçiləri xəstələri Qarabağdan Ermənistana aparan təcili yardım avtomobilinin üzərində separatçı rejimin simvollarını müşahidə ediblər.
Sərhədçilərimiz sözügedən simvolların sökülməsini tələb ediblər.