Ukraynanın itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 547-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 462 təyyarəsi, 246 helikopteri, 6012 PUA-sı, 433 zenit-raket kompleksi, 11 476 tank və digər zirehli texnikası, 1144 reaktiv yaylım atəş sistemi, 6024 artilleriya və minaatanı, 12 408 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.