Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

İran parlamenti bu qanun layihəsinin girovuna çevrilib

İran parlamenti “İffət və hicab” qanunu layihəsinin girovuna çevrilib
İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iki gün əvvəl “iffət və hicab” qanun layihəsində 18 yaşına çatmamamış şəxslərə qarşı “həbs və həbsxana” cəzalarının nəzərdə tutlmadığını iddia edib. Lakin iranlı deputatlar diqqəti habelə həmin şəxslər üçün digər cəzaların nəzərdə tutulmasına yönəldirlər.
Yenixeber.org: İran parlamentinin Mədəniyyət komissiyasının üzvü Hüseyn Cəlali “iffət və hicab” qanun layihəsinə əsasən 18 yaşına çatmamış şəxslərə “həbs və həbsxana” cəzası verilməsə də, onlara qarşı “digər cəzalar”ın tətbiq ediləcəyini söyləyib.
“Qanun layihəsində 18 yaşına çatmamış şəxslər üçün “həbs və həbsxana” cəzası yoxdur, lakin onlar üçün “maliyyə cərimələri və sosial hüquqlardan məhrumetmə” nəzərdə tutulub. Həmçinin pasport, iş, təhsil, bank hesabı, internet və telefon kimi şeylər də 18 yaşdan kiçik qızlara tədbiq edilə biləcək məhrumiyyətlərə daxildir”, - Cəlali deyib.
Parlamentin Məhkəmə-hüquq komitəsinin 70 maddədən ibarət dərc etdiyi mətndə 18 yaşına çatmamış şəxslərə belə cəzalar açıq şəkildə göstərilmir. Bu qanun layihəsinin 46-cı maddəsinin beşinci qeydi istisna olmaqla, 61-ci maddədə “Qeyri-dövlət bankları, sərnişindaşıma müəssisələri, mağazalar, qəsəbə və ya komplekslərin sahibkarları və vəzifəli şəxslərindən” qanunu pozanların şəxsiyyətini müəyyənləşdirmək üçün kamera görüntülərini təmin etməsi tələbi qoyulur.
Qeyd edək ki, İranın müxtəlif şəhərlərində qadınların vətəndaş itaətsizliyi və məcburi hicabdan imtinası davam etdiyi bir vaxtda hökumətin bir sıra tədbirləri, o cümlədən “iffət və hicab” qanun layihəsinin təsdiqlənməsi cəhdi həyata keçirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam