Yenixeber.org: Bu barədə "CNBC" "Moody's Analytics" məlumatlarına istinadən məlumat yayıb. Analitiklərin hesabatına görə, ikinci rübün sonunda Çinlə reytinqin lideri Yaponiya arasında ixrac fərqi ayda 70 min avtomobilə qədər azaldığı halda, bir il əvvəl bu fərq 171 min avtomobil olub.
Qeyd olunub ki, 2021-ci ildə Çin tədarüklərə görə Cənubi Koreyanı keçib, 2022-ci ildə isə Almaniyanı qabaqlayaraq ikinci ən böyük avtomobil ixracatçısı olub
Elektrikli avtomobillərə artan tələbat sayəsində Çindən avtomobil ixracı pandemiyadan əvvəlki səviyyələri üstələyib. Belə ki, 2023-cü ilin birinci yarısında Çinin elektriklə işləyən avtomobillərin ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə iki dəfə artıb.
Analitiklər bildiriblər ki, Çin avtomobil sənayesinin üstünlüyü litium-ion akkumulyatorların istehsalındadır ki, bu da elektrik avtomobillərinin istehsalının maya dəyərini azalda bilər.
Çin dünyanın ən böyük avtomobil tədarükçüsü ola bilər
