Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Turizm adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı -FOTO

turkiyeye-turlar-teskil-etmek-adi-ile-vetendaslari-aldadan-sexs-saxlanildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edərək onların xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Vüsal Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Məlum olub ki, saxlanılan şəxs özünü turizm şirkətlərinin birinin nümayəndəsi kimi təqdim edərək iki nəfər şəxsə qarşı dələduzluq edib. Zərərçəkmişlərə Türkiyə Respublikasına turla təmin edəcəyi barədə vədlər verən V.Əliyev onların ümumilikdə 9690 manat pulunu ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, V.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər V.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam